sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bakıda yanğın səbəbindən yola məhdudiyyət qoyulub, yanğın söndürülüb - YENİLƏNİB
Fövqəladə Hallart Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsində yerləşən 5 mərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsindəki mənzildə baş verdiyi müəyyən edilib. Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***16:12
Bakının Nərimanov rayonunda baş verən yanğın səbəbindən yola məhdudiyyət qoyulub.
Bu barədə Sizinxeber.az-ə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Fətəli Xan Xoyski prospekti ilə Həsənoğlu küçəsinin kəsişməsində yaşayış binalarından birində yanğın baş verib. Bu səbəbdən metronun “Nərimanov” stansiyası istiqamətində yolda məhdudiyyət tətbiq edilib.
*** 16:06
Bakının Nərimanov rayonunda yanğın olub.
Sizinxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində yerləşən yataqxana binasında qeydə alınıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Sizinxeber.az
Oxşar xəbərlər
Bakıda yataxanada baş verən yanğın söndürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda köşk yanıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













