Bakıda binada yanğın olub - YENİLƏNİB
Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 20 m² olan texniki otaqda quraşdırılan elektrik lövhəsində 12 ədəd sayğac, 7 ədəd qoruyucu açar və 12 p.m elektrik naqili yanıb.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb, sayğacların qalan hissəsi və yeraltı dayanacaqda olan avtomobillər yanğından mühafizə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində binanın zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Oxşar xəbərlər
Zabratda 800 kvadrat metr ərazi yanıb
Kürdəmirdə yük avtomobili yanıb
Hacıqabulda avtomobil yanıb
Bakıda yük avtomobili yanıb
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər sakin təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













