Ayağında elektron qolbaq olan məhkum  başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb
sizinxeber.az xəbər saytı

Ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb


Lənkəranda ayağında elektron qolbaq olan məhkum başqa cinayətdə şübhəli bilindiyi üçün saxlanılıb.

"Report" xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yerləşən dönərxanalardan birindən gecə saatlarında 1 ədəd mobil telefon və 260 manat pul, Darquba kəndi ərazisindəki dayanacaqdan isə velosiped oğurlamaqda şübhəli bilinən İlkin Nurullazadə müəyyən edilərək saxlanılıb.

Qeyd edək ki, həmin şəxs cari ilin əvvəlində bibisinin evindən qızıl-zinət əşyaları oğurladığına görə saxlanıldığı üçün məhkəmə tərəfindən ona elektron qolbaq tətbiq edilib.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir
Restoranda 12 min manatdan çox pul və qızıl oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər