Xocalıya gizlincə at gətirməyə getmişdilər - Həbs edildilər
2023-cü ilin sentyabrında erməni separatçılarından təmizlənmiş Xocalı rayonuna gizlincə gedərək oradan at gətirən 3 nəfər həbs edilib.
Sizinxeber.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Goranboy rayonunda yaşayan Kəlbəcər sakinləri Elbəyi Zamanov, Şahlar Əhmədov və Rafail Məhərrəmovun icazə əsasında girişə icazə verildiyi Xocalı rayonunun inzibati ərazisinə gizli şəkildə keçdikləri müəyyən edilib. Onların Xocalıda olan 11 rəst sahibsiz atı eyni qaydada gizli şəkildə Goranboy istiqamətinə apardıqları məlum olub.
Xocalı RPŞ-nin keçirdiyi tədbirlərlə həmin şəxslər saxlanılıblar və barələrində inzibati protokol tərtib edilib.
Xocalı Rayon Məhkəməsinin 2 avqust tarixli qərarı ilə onların hər birinə 8 sutka inzibati həbs cəzası verilib. Bundan başqa, oxşar əmələ görə Loğman Əhmədov adlı şəxs də 150 manat cərimə edilib.
Oxşar xəbərlər
Bu kəndlər Xocalı və Xocavəndə verilir
“Kanal 13”ün aparıcısı həbs edilib
“TikTok”da qız səsi ilə danışdı: Həbs edildi
Xocalı və Xankəndinin komendantlarının adı məlum oldu
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












