DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb
sizinxeber.az xəbər saytı

DİN əməliyyat keçirib, narkoşəbəkənin daha 35 üzvü saxlanılıb


DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi ötən ay 120 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

Bu barədə Sizinxeber.az-ya DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyul ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 34 əməliyyat keçirilib. Nəticədə narkoşəbəkənin daha 35 üzvü ifşa olunaraq saxlanılıb. Onlardan 12-i ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən olub. Əməliyyatlarla 120 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, 4 min ədəd psixotrop tərkibli metadon, eləcə də preqabalin həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları ələ keçirilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin, qeyd edilən dövrdə “xaş-xaş 2024” tədbirləri çərçivəsində çəkisi 4275 kiloqram olan 6340 ədəd yabanı halda bitən çətənə kolu da məhv edilib.


Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.

Oxşar xəbərlər

Narkotik dövriyyəsi ilə məşğul olan dəstənin 5 üzvü saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir ay ərzində 35 narkotacir tutulub, 120 kq narkotik dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN əməliyyat keçirib, 70 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yasamalda 1 ayda 10 kq narkotik dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMCMİ əməliyyat keçirib, 7 nəfər saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər