Gənc oğlan məktəbin qarşısında bıçaqlanıb
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.
Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Döş qəfəsinin səthinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Sumqayıtda gənc məktəbin qarşısında bıçaqlanıb
Deputatlığa namizədin bıçaqladığı bildirilən şəxs əməliyyat edilib, vəziyyəti orta ağırdır – YENİLƏNİB
Bakıda gənc oğlan bıçaqlanıb
Münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinayət işi açılıb – YENİLƏNİB-2
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













