Sumqayıtda gənc məktəbin qarşısında bıçaqlanıb
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Sizinxeber.az” un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Nizami küçəsində, 1 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov tanışı Kamran adlı şəxslə (soyadı dəqiqləşdirilir) mübahisə edib.
Mübahisə nəticəsində tanışı Pərviz Bağırova 4 bıçaq zərbəsi endirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 2000-ci il təvəllüdlü Pərviz Bağırov avqustun 2-si axşam saat 23:25 radələrində mərkəzin nəzdindəki Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.
Döş qəfəsinin səthinin kəsilmiş kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan şəxs cərrahi əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Oxşar xəbərlər
Deputatlığa namizədin bıçaqladığı bildirilən şəxs əməliyyat edilib, vəziyyəti orta ağırdır – YENİLƏNİB
Münaqişə etdiyi şəxsi bıçaqladığı bildirilən deputatlığa namizəd barəsində cinayət işi açılıb – YENİLƏNİB-2
Dünən atası tərəfindən bıçaqlanan azyaşlının vəziyyəti açıqlanıb
Bakıda gənc oğlan bıçaqlanıb
Bakıda iki dost bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













