FHN: “8-ci kilometr bazarı”nın yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-4 - VİDEO - FOTO
sizinxeber.az xəbər saytı

FHN: “8-ci kilometr bazarı”nın yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-4 - VİDEO - FOTO


Yanğın başlayandan 7 dəqiqə sonra FHN-in texnikaları və canlı qüvvəsi hadisə yerinə gəlib.

Bunu Sizinxeber.az-ya açıqlamasında FHN-in DYMX yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant İlqar Nəsibov deyib.

O bildirib ki, yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və qısa müddət ərzində söndürülüb: “Yanğın ərazidə olan kafedən başlayıb. Xəsarət alanlar haqqında hadisə yerinə cəlb olunmuş aidiyyəti qurumlar məlumat verəcək”.

***

15:24

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Sizinxeber.az xəbər verir ki, bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Əlavə məlumat veriləcək.

***

15:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-nin qüvvələri çağırış üzrə cəlb olunublar.

FHN Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Sizinxeber.az-ya bildirilib ki, yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

15:00

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

Oxşar xəbərlər

FHN: “8-ci kilometr bazar”ının yaxınlığındakı yanğın kafedən başlayıb - YENİLƏNİB-3 - VİDEO - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda hündürmərtəbəli binada yanğın olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər