Fərid 10 gün əvvəl evə gəlibmiş: Laçında həlak olan gizir torpağa tapşırıldı - VİDEO
Laçında həlak olan dörd hərbiçidən biri gizir Fərid Famil oğlu Cəbrayılovun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.
Atasının sözlərinə görə, Fərid 10 gün əvvəl evə gəlibmiş və hər şey qaydasında olub.
Dayısı Elxan Əhmədov bildirib ki, Fərid 17 ildir hərbi xidmətdə olub:
"44 günlük Vətən müharibəsində də iştirak edib. Ailəli idi, iki azyaşlı övladı var. Bir həftə öncə əlaqə saxladıq, dedi "hər şey qaydasındadır, avqustun 2-də Bakıya gələcəyəm".
Qeyd edək ki, Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Azərbaycan Ordusunun hərbçiləri Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Ordusunun 4 hərbçisi Laçında kükürd qazlı termal sularda çimərkən həlak olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dörd hərbçimizin həlak olduğu yerdən GÖRÜNTÜLƏR - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında həlak olan hərbçilərimizin FOTOLARI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında həlak olan kapitan Asif Emnalıyevin FOTOSU [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












