Bakıda tullantılar yığılan sahədə yanğın başlayıb, əraziyə polis cəlb olunub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Bakıda tullantılar yığılan sahədə yanğın başlayıb, əraziyə polis cəlb olunub - YENİLƏNİB


Bakının Xətai rayonu Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə baş vermiş yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb edilib.

Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir.

17:06

Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verib.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Bakıda yaşayış binası yanır -YENİLƏNİB
Binəqədidə obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb - YENİLƏNİB-2
Bakıda yaşayış binası yanır
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Bakıda köşk yanıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər