
Bu il narkotiklə bağlı 64 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib

Bu il narkotiklə bağlı 64 əcnəbi cinayət məsuliyyətinə cəlb edilib
Bu ilin 7 ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3184 nəfər cəlb edilib. Həmin şəxslərdən 3084 kişi, 100 qadın olub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun məlumatında deyilir.
Məlumata görə, cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 64-ü xarici ölkə vətəndaşıdır. Onlardan ümumilikdə 722 kq 267,845 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 144 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 080 kq 232,238 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 159 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 517 kq 494,153 qr nakotik vasitə, psixotrop maddə maddə müsadirə edilib.
1490 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 080 kq 087,29 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.