FHN gəmidə baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

FHN gəmidə baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİB-1


Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:37

Xəbər verdiyimiz kimi, Bakıda gəmidə yanğın baş verib.

APA xəbər verir ki, yanğın "CASPİAN POWER" gəmisində baş verib.

"CASPİAN CHALLENGER" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib.

***

06:41

Bakıda gəmidə yanğın olub.

APA xəbər verir ki, hadisə "Qərbi çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayıb.

Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin və başqa bir nəfərin də yanıq xəsarətləri aldığı bildirilir.

Oxşar xəbərlər

Bakıda gəmidə yanğın olub
Bakıda gəmidə yanğın olub, bir nəfər xəsarət alıb
Bakıda gəmidə yanğın olub, 2 nəfər xəsarət alıb
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO - YENİLƏNİB
Səbail rayonunda emalatxanada yanğın baş verib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər