FHN yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-dən "Report"a verilən xəbərə görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən vətəndaş Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazalarda aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, o cümlədən obyektin tələb olunan sahələrinə yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, avtomobil təmiri sexlərinin yağlı-sürtgü materiallardan təmizlənmədiyi, avtomobil təmiri sexləri və mağazaların tavan hissələrinə yanar material olan lambir quraşdırıldığı aşkar edilib.
"Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 54B ünvanında yerləşən Rzayev Azər Sabir oğluna məxsus avtomobil təmiri sexləri, restoran və mağazaların fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Binəqədi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO
Gəncədəki avtomobil sexində 5 boks və bir avtomobil yanıb - YENİLƏNİB - 2
Gəncədə avtomobil təmiri sexləri yanıb - FOTO - VİDEO - YENİLƏNİB-2
Hacıqabulda avtomobil yanıb
Sumqayıt Muğam Mərkəzinin binasında yanğın-taktiki təlim keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












