sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəkidə ağır avtoqəza olub, ölən və xəsarət alanlar var
Şəkidə ağır yol qəzası olub.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” və “Mitsubishi” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”ın sürücüsü, 1962-ci il təvəllüdlü Səxavət Salamov hadisə yerində ölüb. Digər nəqliyyat vasitəsində olanlar isə xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qəbələdə iki avtomobil toqquşub, ölən var
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var
Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Şəkidə yük maşını ilə mikroavtobus toqquşub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













