sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycanda toyda 5 nəfər zəhərləndi
Qusar rayonunun Aşağı Ləgər kəndində 5 nəfər qidadan zəhərlənib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə toyda baş verib. 2019-cu il təvəllüdlü Z.Səfərova, 2007-ci il təvəllüdlü S.Səfərova, 1966-cı il təvəllüdlü E. Primov, 2014-cü il təvəllüdlü Ə.Aydazadə və 2011-ci il təvəllüdlü İ. Eyyubov toyda yedikləri qidadan sonra özlərini pis hiss ediblər. Onlar Qusar rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Qida zəhərlənməsi diaqnozu qoyulan şəxslər tibbi yardımdan sonra evə buraxılıb.
AQTA-dan APA-ya verilən xəbərə görə, Qusar rayonunda baş verən hadisənin səbəblərinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb:
"Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus Qusar rayonu, Aşağı Ləgər kəndində həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. İlkin araşdırmalara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək. Faktla bağlı araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək".
BAKU.WS
Oxşar xəbərlər
Qusarda 5 nəfər toyda zəhərlənib
Kürdəmirdə bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəlilabadda bir ailə qidadan zəhərlənib
Yevlaxda yeniyetmə qida zəhərlənməsindən öldü
Bank kartlarından oğurluq edən daha 2 nəfər saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













