Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB


İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları nəticəsində Quba-Xınalıq yolunda uçan körpü ilə bağlı tədbir görülür.

Sizinxeber.az-Economics” xəbər verir ki, əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Sürücülər Alpan-Susay-Xınalıq yolundan alternativ olaraq istifadə edə bilərlər.

Emil İsmayılov

***

09.35

Quba-Xınalıq yolunun 42-ci km-də yerləşən Əlikçayın üzərindəki körpü uçub.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib.
Körpünün uçmasına səbəb kimi güclü leysan yağışlarının gətirdiyi sel göstərilir.

Oxşar xəbərlər

Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə tam kəsilib
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək
Qəbələdə güclü yağış bir neçə çayda selə səbəb olub
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib
Xaçmazda “Mercedes” mopedi vurub, sürücü ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle