Dəniz kənarında ekoloji çirklənməyə yol verən şəxslər cərimələnib
Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyindən "Sizinxeber.az"a verilən xəbərə görə, növbəti tədbirlər zamanı Neftçala rayonu Şirvanlı kəndində məişət tullantılarının təyin olunmuş yerlərdən kənara dəniz sahilinə atılması, Astara rayonunun Şahağacı kəndində yerləşən bir istirahət mərkəzində dənizə çirkab sularının axıdılması, Qamışoba kəndində yerləşən istirahət mərkəzində məişət tullantılarının yandırılması, paytaxtın Pirallahı rayonunda yerləşən mağazaların birində isə məişət tullantılarının təyin olunmuş yerdən kənara atılması müəyyən olunub.
Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması və ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin obyektlərin məsul şəxsləri və daha 2 nəfər barəsində inzibati protokollar tərtib edilib.
Ekoloji mühitin qorunması məqsədi ilə polis əməkdaşları tərəfindən ölkəboyu nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
MM məişət tullantılarının kənara atılmasına görə cərimələrin artırılmasını təsdiqləyib
Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
ABŞ hərbçiləri Ərəb dənizində tankeri yoxlayıblar
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
