DTX azərbaycanlı “Vaqner”çiləri həbs edib
sizinxeber.az xəbər saytı

DTX azərbaycanlı “Vaqner”çiləri həbs edib


Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, iş materiallarından məlum olur ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y. Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb edilmişlər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstərmişlər. Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

“Vaqner” silahlı birləşməsinə cəlb olunmuş Azərbaycan vətəndaşları həbs olundu – DTX əməliyyat keçirib
Beynəlxalq terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dövlətə xəyanətdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb
Naxçıvanda həmkəndlisi olan qadını öldürməyə cəhd edən şəxsin istintaqı tamamlanıb
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle