Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 24 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB


09.07.2025-ci il tarixində saat 08:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdam-Füzuli yolunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə çağırış daxil olub.

TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım briqadaları tərəfindən xəsarət alan şəxslər Ağdam və Bərdə rayon mərkəzi xəstəxanalarına təxliyə olunublar.

Müxtəlif növ bədən xəsarətləri alan şəxslərdən 21-i Ağdam Rayon Mərkəzi Xəstəxanasına, 3-ü isə Bərdə Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbələrinə yerləşdiriliblər.

Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır.

***

09:01

Bu gün Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sizinxeber.az-ya bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda obyektdə yanğın zamanı xəsarət alan olmayıb
Tovuzda peşə məktəbində zəhərlənənlərin vəziyyəti açıqlanıb
Siyəzəndə sel nəticəsində zərərçəkənlərin son vəziyyəti məlum olub
Bakıda yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər