sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs həbs olunub
Biləsuvarda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. Tədbir zamanı şübhəli bilinən Vüqar Quluzadə saxlanılıb. Onun idarəsində olan nəqliyyat vasitəsindən 2 kiloqramdan artıq marixuana və tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Quluzadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Biləsuvarda narkokuryerlikdə təqsirləndirilən şəxs həbs olunub
Masallıda narkotikin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxs həbs edilib
Füzuli sakinindən 3 kiloqram narkotik aşkarlanıb
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Bərdədə 4 kiloqram marixuana aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













