Lənkəranda 20 yaşlı gənc yol qəzasında ölüb
Lənkəranda 20 yaşlı gənc yol qəzasında ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə gecə Lənkəran-Lerik magistralının rayonun Darquba kəndində baş verib.
Belə ki, 2005-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ülvi Firdovsi oğlu Vəlizadənin idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi Lerik istiqamətində hərəkətdə olarkən yol kənarındakı yük avtomobilinə çırpılıb.
Avtomobildə sıxılaraq qalan sürücü çıxarılaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb
Astarada ağacdan yıxılan kişi ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
