DTX və DSX əməliyyat keçirib, 42 kq narkotikin İrandan ölkəyə keçirilməsinin qarşısı alınıb
DTX və DSX birgə əməliyyat keçirib, 42 kq narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb.
Sizinxeber.az xəbər verir ki, külli miqdarda narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat zamanı Azərbaycan Respublikasının İran İslam Respublikası ilə sərhədinin İmişli rayonu ərazisindən keçən hissəsində ümumi çəkisi 42 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələrin (33 kq 125 qr qurudulmuş marixuana, 5 kq 015 qr tiryək, 2 kq 090 qr heroin, 1 kq 440 qr metanfetamin) ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilməkdədir.
Oxşar xəbərlər
DTX və DSX əməliyyat keçirib, İrandan 42 kiloqrama yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 80 kq narkotikin keçirilməsinin qarşısı alınıb - FOTO
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb - FOTO
İrandan Azərbaycana 42 kq narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













