Beyləqanda hündürlükdən yıxılan ustalardan biri ölüb
Beyləqandakı şadlıq sarayında aparılan təmir işləri insan ölümü səbəb olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayondakı məşhur "Kral" şadlıq sarayında təmir işləri aparan zaman baş verib.
Rayon sakinləri Elşən Cəfərov və Rauf Süleymanov təmir işləri apararkən dəzgahın aşması nəticəsində yerə çırpılıblar. Onlar ağır xəsarətlərlə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Bakıda yerləşən Neyrocərrahiyyə xəstəxanasına göndərilib və orada əməliyyat edilib. Əməliyyat edilən E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.
Hadisə zamanı xəsarət alan digər usta R.Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
Oxşar xəbərlər
Şadlıq sarayında təmir zamanı ustanın yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi açılıb
Sumqayıtda damdan yıxılan usta 20 gün sonra xəstəxanada vəfat edib
Lənkəranda iş zamanı ehtiyatsızlıq edən ustalardan biri ölüb, digəri xəsarət alıb
Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb
Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












