Zaqatalada ağır yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb, xəsarət alanlar var
Zaqatalada baş verən yol qəzasında ölənlərin sayı 2 nəfərə çatıb.
"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva aldığı ağır xəsarətlərdən xəstəxanada keçinib.
Qeyd edək ki, yol qəzası rayonun Muğanlı kəndində baş verib. Fəryad İbrahimovun idarə etdiyi “KIA” markalı avtomobil yolun kənarında dayanan “VAZ-2106”ya çırpılıb. Nəticədə nəqliyyat vasitəsinin yanında dayanan “VAZ-2106”-nın sürücüsü, 1966-cı il təvəllüdlü Hüseyn Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə zamanı həmçinin “VAZ-2106”-nın sərnişini, 1977-ci il təvəllüdlü Xalidə Əliyeva, “KIA”-nın sürücüsü Fəryad İbrahimov və 13 yaşlı oğlu da xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxşar xəbərlər
Qəbələdə iki avtomobil toqquşub, ölən var
Zaqatalada minik avtomobilləri toquşub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB
Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Şəmkirdə yol qəzasında 5 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













