sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.
Oxşar xəbərlər
Bulvar ərazisində batma təhlükəsi olan yeniyetmə xilas olunub - VİDEO
Bakı bulvarında dənizdə batma təhlükəsi olan qadın xilas edilib - VİDEO
Bakı bulvarında batma təhlükəsi olan şəxs xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
