Tovuzda narkokuryerlər saxlanılıb
sizinxeber.az xəbər saytı

Tovuzda narkokuryerlər saxlanılıb


Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyaya keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər məhkum olunmuş, 34 yaşlı İbrahim Heydərov, 26 yaşlı Nicat Qurbanov və 38 yaşlı Əfqan Kərimov saxlanılıblar.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, onlardan 2 kiloqram narkotik vasitə olan marixauana və 1 kq 460 qram həşiş aşkar edilib.

Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə ərazisinə qeyri-qanuni yolla gətirilərək Tovuz rayon ərazisində gizlədilən narkotikləri şəxsi istifadəsi ilə yanaşı satış məqsədi ilə əldə edib.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Tovuzda qəbiristanlıqda gizlədilən narkotik tapılıb, silahlı şəxs tutulub
Qazaxda saxlanılan şəxsdən 2 kq-a yaxın heroin götürülüb
Tovuzda narkokuryer saxlanılıb
Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb
Polis Göyçayda əməliyyat keçirib - silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər