Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2
Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“Report”un yerli bürosunun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur.
Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.
Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib.
Faktla bağlı araşdırma aparılır.
İyulun 1-də saat 22:10 radələrində 1985-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Sumqayıt Tibb Mərkızindən “Report”un yerli bürosuna məlumat verilib.
Baş, boyun, çiyin, döş qəfəsi və üz nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozları təyin olunan şəxs reanimasiya şöbəsinə yerləşdirilib. O, xəstəxanaya gətirilərkən həyat əlamətləri olmayıb.
Qeyd olunub ki, yaxınlarının təkidi ilə reanimasiya tədbirləri həyata keçirilib, lakin ölüm faktı təsdiqlənib.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.
1985-ci il təvəllüdlü Bağırova Aygün Sirac qızının həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda ərini bıçaqlayan qadın saxlanılıb - YENİLƏNİB
Sumqayıtda 40 yaşlı kişi bıçaqlanıb, saxlanılan var
Şəkidə həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Sumqayıtda bıçaqlanan şəxslərin vəziyyəti məlum olub – YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
