Bakıda saxlanılan Rusiya vətəndaşlarının 4-ü barəsində həbs qətimkan tədbiri seçilib - YENİLƏNİB
Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovanın hakimliyi ilə keçirilən prosesdə dörd nəfərin barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, saxlanılan şəxslər bir-bir məhkəməyə çıxarılır. Daha 4 nəfərin məhkəməsi davam edir.
İrandan narkotik maddələrin tranziti, internet üzərindən yayılması və kiberdələduzluq hallarında şübhəli bilinən 8 nəfərin hamısı Rusiya vətəndaşlarıdır.
İrandan narkotik vasitələrin tranziti ilə bağlı saxlanılan səkkiz nəfər məhkəməyə gətirilib.
"Sizinxeber.az" xəbər verir ki, proses Səbail Rayon Məhkəməsində keçirilir.
Xatırladaq ki, Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb. Onlar Rusiya vətəndaşlarıdır.
FOTO: Məhəmməd Ağayev
Oxşar xəbərlər
Beyləqanda saxlanılan 5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb
İrandan narkotik vasitələrin tranziti ilə bağlı Bakıda saxlanılan Rusiya vədəndaşları məhkəməyə gətirilib
Ağcabədidə 12 kiloqram narkotik vasitə aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












