Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb
Kinostudiyanın ərazisində baş verən partlayışla bağlı cinayət işi başlanıb.
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 26-da, saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 1 ünvanında yerləşən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi faktı ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır.
Toplanmış material üzrə Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi digər ağır nəticələrə səbəb olduqda) və 224-cü (partlayıcı, tez alışan maddələrin və ya pirotexniki məmulatın uçotu, saxlanması, daşınması və istifadə edilməsi qaydalarını pozma) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə edilib.
Hazırda ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Kinostudiyada baş verən partlayışda tikili dağılıb, inzibati binaya və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Bir sıra şəhər və rayonlarda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanıb
DSX-nin hərbi qulluqçusunun ölümü ilə bağlı cinayət işi başlanılıb
Ağacların kəsilməsi faktları üzrə cinayət işləri başlanıb
18 yaşlı hərbi qulluqçunun ölümü ilə bağlı cinayət işi başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












