Qusarda avtomobil qəzasında xəsarət alan 7 nəfərin kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Qusarda avtomobil qəzasında xəsarət alan 7 nəfərin kimliyi məlum olub - YENİLƏNİB


Qusar rayonunda baş verən avtomobil qəzasında xəsarət alan Azərbaycan və Pakistan vətəndaşlarının kimliyi məlum olub.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqudur.

Qəzada xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.

16:20

Qusar rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Qusarda Azərbaycan və Pakistan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb
Qusarda ölümlə nəticələnən yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
Biləsuvardakı yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Bakı-Quba yolunda avtomobil aşıb, ölən və xəsarət alan var
Salyanda avtomobil aşıb, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle