Lənkəranda avtomobil 57 yaşlı qadını vuraraq öldürüb
Lənkəran rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Viravul kəndi istiqamətindən yüksək sürətlə hərəkət edən "Mersedes" markalı 99 SV 262 dövlət nömrə nişanlı avtomobil yolun kənarında dayanmış 1968-ci il təvəllüdlü Girdəni kənd sakini Ruhəngiz Ağahəsən qızı Babayevanı vurub.
Hadisə yerinə çağrılan təcili tibbi yardım xidməti ağır xəsarət alan qadını Lənkəran Rayon Mərkəzi Xəstəxanasına apararkən həkimə qədər ölüm halı qeydə alınıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Mərkəzinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Lənkəranda avtomobil velosipedçini vuraraq öldürüb
Astarada avtomobil qadını vuraraq öldürüb
Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb
Astarada avtomobil 5 yaşlı uşağı vuraraq öldürüb
Lənkəranda 32 yaşlı kişini cərəyan vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













