Xırdalanda fərdi yaşayış evində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Xırdalanda fərdi yaşayış evində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB-2


Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

13:38

Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən yaşayış evində yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

"Report"un məlumatına görə, hazırda qüvvələr tərəfindən yanğının yayılmasının qarşısının alınması və söndürülməsi, digər təhlükəsizlik tədbirlərinin təmin edilməsi istiqamətində əməliyyat davam etdirilir.

12:37

Abşeron rayonu Xırdalan şəhərində yerləşən fərdi yaşayış evlərindən birində yanğın hadisəsi qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Oxşar xəbərlər

Xırdalanda evdə yanğın məhdudlaşdırılıb- VİDEO - YENİLƏNİB-2 - FOTO
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB
Xırdalanda ev yanır - VİDEO - YENİLƏNİB-1 - FOTO
Xırdalanda fərdi yaşayış evi yanır
Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər