Rüfət Həmzəyev: Sosial media platformaları islamofobiya məzmunun sürətlə yayılmasına təkan verir
sizinxeber.az xəbər saytı

Rüfət Həmzəyev: Sosial media platformaları islamofobiya məzmunun sürətlə yayılmasına təkan verir


Sosial media platformaları islamofob məzmunun sürətlə yayılmasına təkan verir.

“Report” xəbər verir ki, bunu AnewZ TV-nin icracı direktoru Rüfət Həmzəyev Bakıda İslamofobiyaya həsr olunmuş tədbir çərçivəsində baş tutan “Mediada və rəqəmsal məkanlarda islamofobiya: Süni intellekt sistemləri islamofob qərəzləri necə gücləndirə bilər” mövzulu panel sessiyasında deyib.

O qeyd edib ki, alqoritmik tövsiyələr çox zaman istifadəçiləri bənzər məzmunla qarşılaşdırırlar:

"Sosial media platformaları islamofob məzmunun sürətlə yayılmasına təkan verir. “Facebook” və “YouTube” kimi platformalar nifrət nitqinin sürətlə yayılmasında rollarına görə dəfələrlə tənqid olunub”.

Çıxışcının sözlərinə görə, mövcud problemləri nəzərə alaraq media məsuliyyəti daha da artır:

“Tarixən Azərbaycan da daxil olmaqla, əksəriyyəti müsəlman olan ölkələr tez-tez stereotiplərlə, guya zorakı və ya dözümsüz olduqları iddiaları ilə mənfi formada təqdim olunublar. Bu isə yanlış təsəvvürlərin yayılmasına və mədəniyyətlərarası anlaşmanın qarşısının alınmasına səbəb olub və olur”.

R.Həmzəyev hesab edir ki, bu mürəkkəb problemlərin həlli kompleks yanaşma tələb edir:

“Təhsil və media savadlılığının artırılması bu məsələlərdə əhəmiyyətli rol oynaya bilər. İstifadəçiləri tənqidi təhlil bacarıqları ilə təchiz etmək mütləqdir. Bu, etibarlı məlumatı dezinformasiyadan ayırmalarına kömək edərək onların qərəzlərə qarşı daha dayanıqlı olmalarını təmin edir".

“Bu gün süni intellekt üzrə güclü maarifləndirmə proqramlarına, rəqəmsal tənzimləmə sahəsində beynəlxalq əməkdaşlığa və dinlərarası dialoqun fəal təşviqinə sadiq qalmaq önəmlidir”, - əlavə edib.

Oxşar xəbərlər

Qətər Media Mərkəzinin direktoru: İslamla bağlı məlumatlar süni intellekt sistemlərinə də yüklənilməlidir
"Şagirdlərimizin gələcəyi təhlükədədir"
Xüsusi nümayəndə: İƏT irqçiliyə qarşı daha əhatəli qanunların tərtib edilməsini zəruri hesab edir
II Şuşa Qlobal Media Forumunun üçüncü günü: Süni intellekt və KİV
UNA-nın direktor müavini: Mediada müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər