UNA-nın direktor müavini: Mediada müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
15:50

UNA-nın direktor müavini: Mediada müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir

26 may, 2025
15:50
409

UNA-nın direktor müavini: Mediada müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir

"Xüsusilə mediada müsəlmanlara qarşı qərəzli yanaşma sərgilənir. Biz bunu Vətən müharibəsi zamanı görmüşük".

APA xəbər verir ki, bu barədə Bakıda təşkil olunan "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" adlı beynəlxalq tədbirin "İslamofobiya Media və Rəqəmsal Platformalarda: Süni İntellekt Sistemləri İslamofob fikirləri necə tətbiq edib gücləndirə bilər" mövzusunda panelində UNA-nın direktor müavini Mohammaed bin Abd Rabbo Al-Yaminin adından çıxış edən nümayəndəsi bildirib.

O deyib ki, xüsusilə Azərbaycanın apardığı Vətən müharibəsi zamanı xüsusilə Fransa Azərbaycana qarşı qərəzli yanaşma sərgiləyib:

"Eyni yanaşma Qəzzadakı faciəvi hadisəyə yanaşmada da özünü göstərib. Bir çox qərb media qurumları Qəzzadakı hadisələrə son dərəcə qərəzli yanaşıb:

"Bunun siyasi və tarixi səbəbləri var. Sanki fələstinlilərin hüquqlarının pozulması onlara heç bir təsir göstərmir. Mən hesab edirəm ki, media qurumları bu işdə fəallıq və ədalət nümayiş etdirməli, hər şeyi olduğu kimi göstərməlidir".

Bizimlə əlaqə saxlayın