İğdır müftisi: Azərbaycanla Türkiyə arasında dini sahədə də əməkdaşlıq yüksək səviyyədədir
Azərbaycanla Türkiyə arasında hər sahədə olduğu kimi, dini sahədə də əməkdaşlıq yüksək səviyyədədir.
"Report" xəbər verir ki, bunu İğdır müftisi Zahit Demirel Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşü zamanı deyib.
Müfti uğurlu münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığının, tarixboyu formalaşan mənəvi dəyərlərin dayandığını vurğulayıb.
R.Məmmədov Azərbaycanda mövcud olan multikultural mühit, burada yaşayan xalqlar və dinlər arasındakı vəhdət və həmrəyliyin qorunması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib.
Komitə sədri diqqətə çatdırıb ki, dini etiqad azadlığının təmin olunması üçün müvafiq şəraitin yaradılması, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, birgəyaşayış ənənəsinin əhəmiyyətinin təbliği dini fəaliyyətə dair dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir.
O qeyd edib ki, İslamofobiya meyillərinə qarşı qətiyyətli mövqeyi ilə seçilən Azərbaycan İslam həmrəyliyinin təbliğ və təşviq olunmasında mühüm rol oynayır.
Səfərdə nümayəndə heyətini Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulu Zamin Əliyev müşayiət edir.
Oxşar xəbərlər
Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək
Mənəvi Dəyərlərin Təbliği Fondu xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmininə dəstək verəcək
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Daxili Qoşunlarda dövlət-din münasibətlərinin mahiyyətinə dair tədbirlər keçiriləcək
Polşanın Baş müftisi Azərbaycana gəlib, Allahşükür Paşazadə ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













