Ramin Məmmədov: Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov: Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub


Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov noyabrın 27-də Portuqaliyanın Kaşkay şəhərində keçirilən BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumu çərçivəsində Dini Abidələrin Qorunması üzrə Qlobal Konfransda çıxışı zamanı deyib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet naminə” mövzusunda təşkil edilmiş Dini Liderlərin Qlobal Sammitindən bəhs edən Dini Komitənin sədri bildirib ki, tədbir vasitəsilə dünyanın üzləşdiyi ekoloji problemlərin aradan qaldırılmasında müxtəlif konfessiyaların zəngin mənəvi potensialı, nüfuzlu dini liderlərin qlobal məsələlərin həllində mühüm rol oynamaq imkanları dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

R.Məmmədov bütün dinlərin və etnik qrupların nümayəndələrinin bir ailə kimi mehriban, dinc şəraitdə yaşadıqları ölkəmizdəki 2000-dən çox məscidin, 16 kilsə, 7 sinaqoqun və digər dini ibadət yerlərinin Azərbaycanın zəngin irsinin tərkib hissəsi olduğunu deyib:

"Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərimizdə Azərbaycan mədəni irsinin ayrılmaz hissəsi olan qədim Alban abidələrinin tarixinin təmir-bərpa adı altında saxtalaşdırılması, 67 məsciddən 65-nin tamamilə, 2-nin qismən məhv edilərək yararsız hala salınması, 200 qəbiristanlığın darmadağın edilməsi və bu kimi digər əməlləri törətməklə mədəni dəyərlərin qorunmasına aid bir sıra beynəlxalq konvensiyanın tələblərini kobud şəkildə pozub".

Dini Komitənin sədri vurğulayıb ki, çoxmillətli, çoxkonfessiyalı ölkəmizdə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, o cümlədən dini ibadət yerləri və maddi-mədəniyyət abidələrinin bərpası, mühafizəsi daim diqqət mərkəzində saxlanılır.

Ramin Məmmədov Azərbaycanın ümumbəşəri maraqlara uyğun olaraq qlobal problemlərin həllinə töhfə verməyə hazır olduğunu söyləyib.

Oxşar xəbərlər

Dini Liderlərin Qlobal Sammitinin ilk iş günü başa çatıb
Dini Liderlərin Qlobal Sammitinin ikinci günü başlayıb
Allahşükür Paşazadə Dini liderlərin daimi fəaliyyətdə olan Məşvərət Şurasının yaradılmasını təklif edib
Misirin Baş müftisi Dini Liderlərin Bakı sammitində iştirak edəcək
Misirli din xadimi: Dini liderlərin fərdi fəaliyyəti qlobal problemlərin həllində faydalı olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər