Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti: Planetin qorunması QHT-lərin töhfəsi olmadan mümkün deyil
Planetin gələcək nəsillər üçün qorunması ilə bağlı səfərbər olmaq, məlumatlılığı artırmaq və iqlimin maliyyələşdirilməsi siyasətinə geniş dəstəyi təmin etmək vətəndaş cəmiyyətinin töhfəsi olmadan mümkün deyil.
"Report" xəbər verir ki, bunu Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti Əhməd bin Məhəmməd Əl Cərvan COP29 çərçivəsində təşkil olunan Azərbaycan, BƏƏ və Braziliya qeyri-hökumət təşkilatlarının (QHT) birgə müzakirəsində deyib.
O qeyd edib ki, Vətəndaş cəmiyyəti təkcə ekoloji proqramların həyata keçirilməsində deyil, həm də ictimai rəyin istiqamətləndirilməsində, iqlim problemləri ilə bağlı məlumatlılığın artırılmasında və qərar qəbul edənləri davamlılıq üçün səylə işləməyə sövq etməkdə fundamental rola malikdir:
"Bu kontekstdə qeyri-hökumət təşkilatları Tərəflər Konfransının məqsədlərinə nail olmaq və ekoloji mirasın davamlılığını artırmaq məqsədi daşıyan icma layihələrinin həyata keçirilməsində və maarifləndirmə kampaniyalarının təşkilində mühüm rol oynayır. Qeyri-hökumət təşkilatları müxtəlif təşəbbüsləri ilə dövlət və özəl qurumlarla geniş əməkdaşlıq körpüləri qura bilirlər ki, bu da davamlılığa nail olmaq üçün göstərilən səylərin səmərəliliyini artırır".
Oxşar xəbərlər
Əl-Cərvan: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fəxrəddin Altun: İqlim böhranı dünyanın bu gününə və gələcəyinə birbaşa təsir edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜTT: Ticarətsiz karbonsuzlaşdırma ilə bağlı məqsədə nail olmaq mümkün deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moldova Dnestryanı olmadan da Aİ-yə daxil olmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nigar Arpadarai: İqlim məqsədlərinə nail olmaq üçün özəl sektorun fəal iştirakı vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












