Dövlət Komitəsinin sədri Binəqədidəki məscidlərdə din xadimləri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Dövlət Komitəsinin sədri Binəqədidəki məscidlərdə din xadimləri ilə görüşüb


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Binəqədi qəsəbə Came, Biləcəri qəsəbəsi I məhəllə və Binəqədi rayonu “Həzrəti İmam Əli” məscidlərini ziyarət edib.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunduğuna diqqət çəkən Ramin Məmmədov vurğulayıb ki, dini sahədə dövlət siyasəti dünyəvilik, vicdan və dini etiqad azadlığı, dinlərin bərabərliyi kimi prinsiplərə əsaslanır. Azərbaycandakı dini dözümlülük mühiti müxtəlif millətlər və dini konfessiyalar arasında həmrəyliyi, dinc yanaşı yaşamanı təmin edir.

R. Məmmədov qeyd edib ki, dövlət-din münasibətləri modelinin və mütərəqqi dini dəyərlərin əhəmiyyətinin ictimai fikrə çatdırılması üçün dini maarifləndirmə işinin səmərəli şəkildə təşkili vacib məsələlərdən biridir. Bu sahədə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

Din xadimləri dövlət tərəfindən dinə və din xadimlərinə göstərilən diqqəti yüksək dəyərləndirdiklərini qeyd edərək, məscid və dini icmaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndiriblər.

Oxşar xəbərlər

Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Dini təhsili olmayanlar məscidlərdən uzaqlaşdırılır
Dini Komitənin sədri Moskvada keçiriləcək qurultayda iştirak edəcək
Dini Komitənin sədri: İdeoloji mübarizədə Azərbaycan modelinə yönələn təhdidlər mövcuddur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər