Xaçmazda xristianlar Milad bayramını qeyd ediblər
Xaçmazda yaşayan xristian dini icmasının üzvləri bütün dünya pravoslavları kimi Milad bayramını qeyd ediblər.
"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, Xaçmaz şəhərində yerləşən Nikolay Uqodnuk adına kilsədə baş keşiş, ieromonax Georgi Budaqovun iştirakı ilə müxtəlif dini ayinlər icra olunub.
Bayram mərasimində Prezident İlham Əliyevin Azərbaycanın Provaslav xristian icmasına təbriki oxunub.
Daha sonra bayram süfrəsi açılıb.
Bayrama xüsusi hazırlıq görən icma üzvləri özlərinə məxsus şirniyyat məmulatlarını süfrəyə düzüblər.
Tolerantlığın bariz nümunəsi olaraq 25-ə yaxın etnik azlıq və millətin kompakt yaşadığı Xaçmazda yerli xristianlarla yanaşı, rayonun müsəlman sakinləri də qonaq qismində bayram tədbirində iştirak ediblər.
Oxşar xəbərlər
Gəncədə pravoslav xristianlar tərəfindən Milad bayramı qeyd olunub
ABŞ səfiri Milad bayramını qeyd edən insanları təbrik edib
Xaçmazda 82 yaşlı qadının meyiti tapılıb
Şri-Lankada Milad bayramı münasibətilə 1000-dən çox məhbus əfv edilib
Xaçmazda yol çöküb: Evlərə təhlükə yaranıb - FOTO/VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













