Gəncədə pravoslav xristianlar tərəfindən Milad bayramı qeyd olunub
Gəncə şəhərində Pravoslav xristianlar İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
"Report"un Qərb bürosunun məlumatına görə, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra Aleksandr Nevski kilsəsinin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.
Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.
Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.
Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.
Onu da bildirək ki, Gəncə şəhərində təxminən 200 ailədən artıq pravoslav yaşayır.
Oxşar xəbərlər
Şri-Lankada Milad bayramı münasibətilə 1000-dən çox məhbus əfv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaçmazda xristianlar Milad bayramını qeyd ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti Roma Papasına məktub göndərib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ səfiri Milad bayramını qeyd edən insanları təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" futbolçulara 10 günlük istirahət verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












