Sabah Xankəndidə Zəfər paradı keçiriləcək
sizinxeber.az xəbər saytı

Sabah Xankəndidə Zəfər paradı keçiriləcək


Sabah, noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərində parad keçiriləcək.

“Report”un məlumatına görə, artıq Zəfər paradına hazırlıq işləri başa çatmaq üzrədir.

Paradda Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, xüsusi təyinatlı və digər silahlı birləşmələrin keçidi olacaq.

Həmçinin, düşməndən qənimət kimi götürülən hərbi texnikalar nümayiş etdiriləcək.

Qeyd edək ki, 1991-ci il dekabrın 28-də Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Xankəndi şəhərini və Kərkicahan qəsəbəsini separatçılardan azad edib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: “Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri: "44 gün ərzində apardığımız hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Xalqıma söz vermişdim ki, gün gələcək Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq və bu gün gəldi" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Mehriban Əliyeva Xankəndidə Zəfər paradında iştirak ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ağdərədə bayrağımızı qaldırdı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər