Yayımı dayandırılan "Match TV" kanallarının istifadəçilərinə güzəşt olunacaq?
sizinxeber.az xəbər saytı

Yayımı dayandırılan "Match TV" kanallarının istifadəçilərinə güzəşt olunacaq?


Azərbaycanda yayımı dayandırılan "Match TV" kanallarından istifadə edən abunəçilərə "Sport" paketini ləğv etmək məsləhət görülür.

Mövzu ilə bağlı ölkə ərazisində fəaliyyət göstərən birdən çox provayderlə əlaqə saxlasaq da, cavab eyni oldu.

Oxu.Az xəbər verir ki, internet provayderləri "Match TV" kanallarının yayımı dayandırılsa da, abunəçilərə heç bir endirim və ya güzəşt olunmayacağını bildirdilər.

Provayderlər yaxın günlərdə "Match TV" kanallarını yeniləri ilə əvəzləyəcəklərini, bununla yanaşı, sözügedən şirkətlə danışıqlar aparıldığını dedilər.

Bu problemin nə zaman aradan qaldırılacağına dair dəqiq tarix verə bilməyəcəklərini söylədilər.

İstifadəçilərə isə bu müddət ərzində "Sport" paketinin ləğv edilməsi və ya problem həll olunana kimi gözləmələri məsləhət görülür.

"Sport" paketlərdə "Match TV" kanallarının yayımı dayandırılsa da, digər kanallar fəaliyyətini davam etdirir.

Qeyd edək ki, 2015-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Match TV" kanallarının yayım icazəsi olmayıb. Ona görə də "Media haqqında" Qanunun 32.4 və 34.5-ci maddələrinin tələblərinə uyğun olaraq kanalların yayımı dayandırılıb.

Oxşar xəbərlər

Audiovizual Şura yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
Ermənistanda Rusiya kanallarının yayımının məhdudlaşdırılması təklif edilir
"Sözün bitdiyi an" verilişinin yayımı sabahdan dayandırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər