Ermənistanda Rusiya kanallarının yayımının məhdudlaşdırılması təklif edilir
sizinxeber.az xəbər saytı

Ermənistanda Rusiya kanallarının yayımının məhdudlaşdırılması təklif edilir


“Ölkənin ictimai multipleksində əcnəbi ölkələrə aid televiziya kanalların yayımının məhdudlaşdırılması vacibdir”.

Sizinxeber.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Televiziya və Radio Yayımı üzrə Komissiyasının sədri Tiqran Akopyan deyib.

Onun sözlərinə görə, rəsmi İrəvanın vaxtında bu ölkənin televiziya yayımçılarına yerli multipleksdə yayım imkanı verməsi Ermənistanla Rusiya arasında gərginliyə səbəb olub:

“İndi isə Fransa tərəfi bizdən onlara məxsus televiziya kanallarına yayım tezliklərinin ayrılmasını istəyir. Hesab edirəm ki, ictimai multipleksdə əcnəbi ölkələrin televiziya kanallarının yayımının məhdudlaşdırılması vacibdir”.

Qeyd edək ki, Ermənistanda ictimai multipleksdə yalnız Rusiyaya məxsus televiziya kanallarının yayımı həyata keçirilir.

Oxşar xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib, "Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
Azərbaycanda yeni radio yayımı üçün müsabiqə elan olunub
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
Audiovizual Şura yerli TV-lərin HD yayımı dayandırması ilə bağlı iddialara aydınlıq gətirib
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle