Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edilib
sizinxeber.az xəbər saytı

Pakistanda aldadılıb istismar olunmuş Azərbaycan əsilli qadınlar xilas edilib


Pakistanın Federal Təhqiqat Agentliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi Ravalpindi şəhərində mənzildə bağlı qalmış 4 qadın və 3 uşağı xilas edib.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qadınlar Azərbaycan əsillidir. Onlar bu ölkəyə iş adı altında gətiriliblər. Qadınların cinsi istismar olunduqları bildirilir. Vurğulanır ki, qadınlar Pakistana müddəti bitmiş viza ilə gəliblər və orada qeyri-qanuni yaşayıblar. Reyd zamanı qadınların pasportları da götürülüb.

İnsan Alverinə Qarşı Mübarizə Departamenti üç insan alverçisinə qarşı cinayət işi açıb.

Qeyd edilir ki, hazırda cinayətkarların saxlanılması üçün xüsusi qrup yaradılıb və müxtəlif ərazilərdə əməliyyatlar keçirilir.

Oxşar xəbərlər

Bakıda qadın hüquqlarına dair bəyannamə qəbul olundu [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Cəlbedici” qadınlar niyə tipdən çox intellektə əhəmiyyət verirlər? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərə hər ay 105 manat veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Qəzza zolağında tanklarla reyd keçirdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər