“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO
sizinxeber.az xəbər saytı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO


“Toyota Prius”ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur.

Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan “Prius”ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taksi kimi fəaliyyət göstərməsinin dayandırılmasıdır.

Bəs ucuzlaşma nə qədər davam edəcək?

İqtisadçı Xalid Kərimli bildirib ki, köhnə avtomobillərin qiyməti bazara çıxarılan avtomobillərin sayından asılı olaraq dəyişəcək:

“Ucuzlaşma qərar qüvvəyə minəndən sonra ən azı altı ay və bir il davam edəcək. Nəzərə alsaq ki, 2024-cü ildən köhnə maşınların utilizasiya haqqı da yeni maşınlara nisbətən daha yüksəkdir. Bu baxımdan bunların hamısı köhnə avtomobil almaq istəyənlərin sayına və qiymətin ucuzlaşmasına təsir edir”.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Bakıda “Prius” bu dəfə pilləkənlərdən düşməyə cəhd etdi - ANBAAN VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisindən köhnə maşın sahiblərinə xəbərdarlıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda “Prius” sürücüsü narkokuryerliyə görə saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA Bakıda 45 min ailənin aynasını əlindən alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həm qiyməti, həm də keyfiyyəti azalır: Bitki yağları ilə bağlı ƏSL MƏNZƏRƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər