Dövlət Agentliyi Vətən müharibəsi veteranı ilə bağlı məsələyə münasibət bildirib
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi Vətən müharibəsi veteranı ilə bağlı məsələyə münasibət bildirib


"Vətən müharibəsi veteranı Vüqar İlqar oğlu Hüseynov işlə təmin olunmaq üçün məşğulluq orqanına müraciət etməyib".

“Report”un məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Vətən müharibəsi iştirakçısının bəzi sosial şəbəkə səhifələrində yayılan videosuna münasibət bildirərkən deyib.

O xatırladıb ki Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynova müharibə veteranı olduğu üçün 2022-ci il yanvarın 1-dən Prezidentin aylıq təqaüdü (80 manat) ödənilir: "Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib. İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib. O, əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb”.

T.Qurbanov həmçinin vurğulayıb ki, sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı da heç bir müraciəti olmayıb.

Oxşar xəbərlər

Metronun qarşısında corab satdığı deyilən qazi haqda - Açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali təhsilli Vətən müharibəsi iştirakçısının xadimə təyin edilməsi ilə bağlı AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid anasının müddətsiz əlilliyi niyə etibarsız sayılıb? - ŞİKAYƏT + AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
BDU-da 40-dan çox Vətən müharibəsi iştirakçısı təhsil alır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətəndaşların hərbi xidmətə yararlı, yaxud yararsız olması barədə qərar verilməsi qaydası dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər