Vəliyəddin İsmayılov vəfat etdi
Kəlbəcər rayonunun tanınmış ziyalısı Vəliyəddin İsmayılov vəfat edib.
Sizinxeber.az xəbər verir ki, sabiq deputat 81 yaşında dünyasını dəyişib.
O, Mehdiabad qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, Vəliyyədin İsmayılov 1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olub.
O, Kəlbəcər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edib. 1969-1975-ci illərdə Respublika Komsomol Mərkəzi Komitəsinin üzvü, 1978-1989-cu illərdə Kəlbəcər Rayon Partiya Komitəsinin büro üzvü, 1969-1989-cu illərdə Rayon Sovetinin deputatı olub.
1943-cü ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Moz-Qaraçanlı kəndində anadan olmuşdur. 1960-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kənd orta məktəbini bitirmişdir. 1960–1962-ci illərdə kolxozçu olmuş, 1967-ci ildə S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, 1971-ci ildə Zaqafqaziya Komsomol Məktəbini, 1976-cı ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1967–1968-ci illərdə rayonun "Bakı" və "Qələbə" kolxozlarında mütəxəssis, 1968–1969-cu illərdə Kəlbəcər rayon Komsomol Komitəsində Təşkilat Şöbə müdiri, 1969–1973-cü illərdə Rayon Komsomol Komitəsinin birinci katibi işləmişdir. Ona etimad göstərilərək partiya işinə keçirilmiş, Rayon Partiya Komitəsində 1973–1974-cü illərdə təlimatçı işləmiş, 1974–1976-cı illərdə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. 1976–1980-ci illərdə Kəlbəcər rayon Partiya Komitəsində Təşkilat Şöbəsinin müdiri, 1980–1983-cü illərdə Kəlbəcər rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1983–1989-cu illərdə Rayon İcraiyyə Komitəsinin sədr müavini, Kəlbəcər rayon Aqrar-Sənaye Birliyi Şurasının sədri, 1989–1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Aqrar Sənaye Komitəsində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində, Ət-Süd Sənaye Nazirliyində, "Azəryeyintisənaye" Dövlət Şirkətində baş mütəxəssis, şöbə rəisi, Mərkəz direktoru işləmişdir.
1996-cı ildən "Azərsu" Səhmdar Cəmiyyətində rəis müavini, şöbə rəisi vəzifələrində çalışmış, ömrünün iyirmi ilə yaxınını "Abşeron Regional Səhmdar Su Cəmiyyəti"nin və "Azərsu" Səhmdar Cəmiyyətinin inkişafına, "Böyük Bakı"nın, ümumiyyətlə respublika əhalisinin içməli su ilə təchizatına böyük əmək sərf etmiş, dəyərli töhfələrini vermişdir.Bu sahədə dünya təcrübəsinin öyrənilməsi üçün Böyük Britaniya, London, Bermenqen şəhərlərində olmuş, İstanbul və digər şəhərlərin səmərəli metodlarının respublikamıza tətbiqində fəallıq göstərmişdir. Rayonun kənd təsərrüfatına rəhbərlik etdiyi dövrdə rayon əhalisinin işlə təmin edilməsində, kolxoz-sovxozların maddi bazasının möhkəmləndirilməsində, bütün kəndlərin abadlaşdırılması, sosial obyektlərin tikilməsi, kəndarası yolların, yaylaq yollarının çəkilməsi, bəzi yaylaq və binələrin elektrik enerjisi ilə təmin edilməsində şəxsi fəaliyyət göstərmişdir.
“Əmək igidliyi”, “Əməkdə fərqlənmə” və V.İ.Leninin 100 illik “Yubiley medalı” ilə təltif olunmuş, “Əmək veteranı”, “Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin “Fəal Komsomol işinə görə”, SSRİ İttifaqının “Şərəfli əməyə görə”, “Əməkdə fərqlənmə” döş nişanları ilə təltif edilib.
Sizinxeber.Az” saytı adından Vəliyəddin müəllimin ailəsinə, dostlarına, doğmalarına başsağlığı veririk.
Oxşar xəbərlər
Keçmiş başçı doğum günündə vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sui-qəsd təşkil edilən başçının - Tərcümeyi-halı [xfgiven_updateblue][/xfgiven_updateblue]
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazirin sabiq müavini vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlik Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












