Göyçayda icra başçısı haqqında iddialar səsləndirən şəxs cəzalandırıldı
sizinxeber.az xəbər saytı

Göyçayda icra başçısı haqqında iddialar səsləndirən şəxs cəzalandırıldı


Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

“Qafqazinfo”nun məlumatına görə, artıq həmin müraciət araşdırılıb. 

Məlum olub ki, “Facebook”da “Fərid M” adlı profillə icra başçısı haqqında müxtəlif iddialar yazan şəxs 1990-cı il təvəllüdlü Məhəmmədəli S. imiş.

İcra başçısı rayonun kəndlərindən birinin sakini olan Məhəmmədəli S. barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, gəncin Cinayət Məcəlləsinin 148-ci (böhtan) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

Məhkəmə prosesində Məhəmmədəli S. “Facebook” səhifəsində Göyçay Rayon İcra Hakimiyyəti başçısının bəzi şadlıq evlərindən 10 min manat tələb etməsi ilə bağlı yazdığı fikirləri rayon sakinlərindən eşitdiyini deyib. O, icra başçısının Göyçay çayının sahilində yerləşən, vətəndaşlara məxsus torpaq sahələrində ev tikmələrinə imkan vermədiyini iddia edib. Eyni zamanda tikilmiş evlərin kompensasiya ödənilmədən sökülərək yerində park tikilməsinə görə narazı qaldığını və bu səbəbdən belə bir addım atdığını qeyd edib.

Məhkəmə Məhəmmədəli S.-nin gənc olmasını, birinci qrup əlilliyini, ilk dəfə cinayət törətməsini və digər halları nəzərə alaraq ona iki min manat cərimə cəzası verib.

Oxşar xəbərlər

İcra başçısını təhqir edən şəxs həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş başçı doğum günündə vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sui-qəsd təşkil edilən başçının - Tərcümeyi-halı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Göyçayda məişət zorakılığının qarşısının alınması ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvətalmada ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər