Dəhşətli qətldən sonra Əhmədovlar ailəsinin mirası kimə qalacaq? - Vəkildən AÇIQLAMA + VİDEO
sizinxeber.az xəbər saytı

Dəhşətli qətldən sonra Əhmədovlar ailəsinin mirası kimə qalacaq? - Vəkildən AÇIQLAMA + VİDEO


Bütün ailə üzvlərini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 25 yaşlı Əhməd Əhmədov barəsində ilkin olaraq dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun günahı sübuta yetiriləcəyi təqdirdə gənc adam ömürlük azadlıqdan məhrum edilə bilər.

Belə olan halda ailənin mirasına kim sahib çıxacaq?

Vəkil Hikmət Əliyev bildirib ki, Əhməd Əhmədova ittiham olunduğu maddələrin sanksiyası əsasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub:

“Mülki Məcəlləyə əsasən, ləyaqətsiz vərəsə nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz. Onun barəsində hökm çıxdıqdan sonra qohumlarının iddiası əsasında Ə.Əhmədov ləyaqətsiz vərəsə hesab olunacaq”.

Vəkil onu da bildirib ki, vərəsə olmadığı halda cinayət törədən şəxsin ləyaqətsiz vərəsə olması ilə bağlı dövlət çıxış edir. Bu zaman miras dövlətin hesabına keçir.

Ətraflı Baku TV-nin süjetində:

Oxşar xəbərlər

Əhməd əsgərliyə niyə aparılmayıb? - Açıqlama [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Lotu Quli”nin yaxın adamını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dəhşətli qətl törədən Əhməd bir gün əvvəl polis tərəfindən saxlanılıbmış - DETALLAR [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər