Əhməd əsgərliyə niyə aparılmayıb? - Açıqlama
sizinxeber.az xəbər saytı

Əhməd əsgərliyə niyə aparılmayıb? - Açıqlama


Xətai rayonunda öz ailə üzvlərini xüsusi amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən 25 yaşlı Əhməd Əhmədova 4 il əvvəl "Şizofrenəbənzər pozuntu" diaqnozu qoyulub. Buna görə o, hərbi xidmət üçün yararsız hesab edilib.

Axar.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib.

O bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində qeydiyyatda olan 15.01.1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov 2020-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri müayinələrdən keçirilib və 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına əlavə tibbi müayinəyə göndərilib. Xəstəxananın “Sağlamlıq vəziyyətinin müayinə olunması” aktına əsasən, çağırışçıya “Şizofrenəbənzər pozuntu” diaqnozu təyin edilib:

"Nəticədə Əhməd Mehman oğlu Əhmədov Nazirlər Kabinetinin 59 saylı qərarının “Xəstəliklər cədvəli”nin 15-ci maddəsinə əsasən “həm dinc dövrdə, həm müharibə dövründə hərbi xidmətə yararsız” hesab edilib".

Xatırladaq ki, fevralın 13-ü Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədov, 1977-ci il təvəllüdlü Bikə Bədəl qızı Əhmədova və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədova və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il Əhməd Əhmədov həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onun barəsində məhkəmə tərəfindən 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Ailə üzvlərini baltalamaqda şübhəli bilinən Əhmədin VİDEOSU [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd haqqında daha bir iddia: “Oğluma “beşbarmaq”la zərbə endirib, sonra 18 bıçaq xəsarəti yetirib” - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Valideynlərini qətlə yetirən şəxs bacısını və körpəsini də öldürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Həlak olan hərbi qulluqçulara şəhid statusu veriləcək ?- RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər